27 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Neftçi”nin 2019/20 mövsümündə xərcləri açıqlanıb

Read Time:1 Minute, 19 Second

 88 

IPmedia.info Sport24.az-a istinadən xəbər verir ki, klubun vitse-prezidenti Elnur Eyvazov “Neftçi TV-ə müsahibəsində xərclərin 13,1 milyon manat olduğunu söyləyib. Bunun 50 faizi əsas komandanın payına düşüb: “Buraya tək futbolçuların əməkhaqqı daxil deyil. Onların qidalanmasından tutmuş, təlim-məşq toplanışına qədər hər şeyi əhatə edir.13,1 milyon manatın 18 faizi kredit borclarının qaytarılmasına sərf olunub. Klubun 2016-cı ildən manat və dollarla kreditləri olub. Öyən mövsüm kreditlə bağlı 1 milyon 773 milyon manat xərclənib. Jazırda manatla olan kredit tamamilə bağlanıb, qalan 204 min dollardı və dekabra qədər bu məbləğin də yekunlaşacağı gözlənilir. Xərclərin 15 faizi “Türk Hava Yolları” bazasının tikinti işlərinə xərclənibsə, qalan 17 faiz digər xərcləri təşkil edib”

Eyvazovun sözlərinə görə, keçən ili maliyyə baxımından qənaətbəxş hesab etmək olar: “2016-cı ildən klubdayam, çoxlu borclar və futbolçuların önündə öhdəliklər var idi. Bunların hamısı qaydasına düşüb. Son vaxtlar maliyyə göstəriciləri düzəlib və heç kimə borclu deyilik”.

Eyvazov klubun ötənilki büdcəsi barədə də danışaraq təxminən bir ay əvvəl Muşahidə Şurasına hesabat verdiklərini açıqlayıb: Hesabatda maddi-texniki baza, gəlirlər və xərclər haqqında məlumat əksini tapıb. Əsas sponsor SOCAR-dır, onlarla əməkdaşlıq davam edir. Kluba UEFA-dan da vəsait daxil olub. Ötən mövsüm Avropa Liqasında 2 mərhələ adladıq. Bu, büdcəyə kifayət qədər təsir edib. Eyni zamanda uşaq futboluna görə UEFA-dan vəsait gəlir. Futbolçuların yığmada çıxış etməsinə görə də vəsait daxil olub. “Türk Hava Yolları” və “Mega Sığorta” da sponsorumuzdur. Ötən mövsüm digər daxilolmalar bilet satışından olub. Biz daim biletlər və bəzi atributlarımızı satırıq. Amma bunlar kifayət etmir. Təbii ki, nə qədər çox vəsait olsa, heç kim deyə bilməz ki, məni qane edir”

0