Read Time:46 Second

 600 

Azərbaycan Premyer Liqasında X turun növbəti matçları keçirilib.

İkinci oyun günü üçün 2 matç baş tutub.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” səfər matçında böyük hesablı qələbə qazanıb – 4:1.

Günün digər qarşılaşmasında isə “Keşlə” “Zirə”nin qonağı olub. Qəsəbə təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək xalını 18-ə çatdırıb və lider “Qarabağ”a çatıb.

Ötən günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün sabah baş tutacaq.

Azərbaycan Premyer Liqası
X tur

22 noyabr (bazar)

14:00. “Qəbələ” – “Neftçi” – 1:4
Qollar: Yusif Nəbiyev, 60 – Anton Krivotsyuk, 38, 51, Namiq Ələsgərov, 57, Prins İbara, 90+3

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Keşlə” – 3:1
Qollar: Dimitrios Çantakias, 33, Ağabala Ramazanov, 60, Klesio Bauk, 90+4 – Klesio Bauk, 74 (öz qapısına)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.