29 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Nazir Misirin səfiri ilə görüşdü

Read Time:29 Second

 104 

Xarici İşlər naziri Ceyhun Bayramov Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi qəbul edib.

İpmedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Misir arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulanıb.

Misir səfiri Adel İbrahim Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şukrinin səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb və naziri Misirə rəsmi səfərə dəvət edib.

0