22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Navalnının “Noviçok”la zəhərləndiyi daha 2 ölkədə təsdiqləndi

Read Time:35 Second

 110 

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunub.

IP Media “Qafqazinfo”-a və“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, aparılan analizlər nəticəsində bloggerin “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi bir daha təsdiqlənib.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu

0