Read Time:52 Second

 533 

NASA’dan tarixi kəşf: Ayda su tapıldı.

 

 

 

NASA rəhbəri Jim Bridenstin rəsmi Twitter hesabında etdiyi açıqlamada Ayın səthində su tapdıqlarını bildirdi.

NASA ilk dəfə Ayın günəşli səthində su izləri tapdığını açıqladı.Bununla ayın qaranlıq tərəfi ilə yanaşı, günəşli səthində də su ola biləcəyi məlumatı ortaya çıxmış oldu.Tarixi kəşfdə Stratosfer rəsədxanasının SOFİA teleskopundan istifadə edilmişdir.

Suyun Ayın cənub yarımkürəsində yerləşən Clavius kraterində aşkar edildiyi haqqında da məlumat verilib.

Bridenstin sosial media hesabında “Hələki mənbə olaraq istifadə edilib edilməyəcəyini dəqiq bilmirik, ancaq Ayda su ilə əlaqədar öyrəndiklərimiz “Artemis” kəşf planlarımız üçün açar rolu oynayır” deyə bildirib.

Ağırlığına görə suyun dünyadan Aya və ya başqa planetlərə aparılması həddən artıq xərc istəyir. Buna görə də, NASA astronavtların içməsi ,tənəffüs edə biləcək oksigenə çevrilməsi və ya yanacaq kimi istifadə edilməsi üçün Ayda suya sahib olmanın çox dəyərli olduğunu nəzərə çatdırır.

ipmedia.info məlumat verir ki, daha əvvəl 26 oktyabrda Ay haqqında həyacanlandırıcı yeni bir kəşf açıqlayacağını bildirən NASA “Artemis” adlı layihə çərçivəsində 2024-cü ildə Ayın səthinə bir qadın və kişi astronavt göndərməyi planlaşdırır.

 

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.