24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Nəqliyyat Agentliyi məlumat yaydı

Read Time:39 Second

 151 

Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarına əsasən, 19 oktyabr saat 00:00-dan “Bakı metropoliteni”ndə sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə əlaqədar sərnişin daşımaları əvvəlcədən hazırlanan nəqliyyat planına uyğun olaraq təşkil ediləcək.

ipmedia.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib: 19 oktyabr tarixindən M6 (“28 May” m/st-“H.Aslanov” m/st) ekspress xətti üzrə avtobusların hərəkəti Babək prospektindən keçməklə təşkil olunacaq.

M7 ekspress xətlər üzrə avtobuslar tam yeni hərəkət sxemi ilə fəaliyyət göstərəcək. Bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə “Sahil” m/st və “Koroğlu” m/st-nı əlaqələndirəcək.

Bu dəyişiklik sayəsində sərnişin tələbatı daha çox olan dayanacaq məntəqələrini, metrostansiyaları əlaqələndirmək mümkün olacaq.

Məlumat üçün qeyd edək ki, sərnişin tələbatına dair son statistik təhlillərə əsas götürülərək 19 oktyabr tarixindən M9 və M10 ekspress xətlərin fəaliyyəti dayandırılacaq.

0