MN: Ordumuzun Ermənistanla sərhəd zastavanı minaatanlardan atəşə tutması ilə bağlı yayılan məlumat dezinformasiyadır

MN: Ordumuzun Ermənistanla sərhəd zastavanı minaatanlardan atəşə tutması ilə bağlı yayılan məlumat dezinformasiyadır

Read Time:18 Second

 116 

Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır.

IPmedia.info xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub: “Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur”.

0
Dağlıq Qarabağ Münaqişəsi