Read Time:45 Second

 99 

Yaponiyanın “Mitsubishi Motors” avtomobil konserni 2020-2021 maliyyə ilinin birinci yarısını bir il əvvəlki mənfəətə qarşı 209,884 mlrd. yen (təxminən 2 mlrd. ABŞ dolları) məbləğində xalis zərərlə başa vurub.

IPmedia.info xəbər verir ki,  bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Şirkətin bir səhm üzrə baza zərəri ötənilki 1,75 yen (0,02 dollar) mənfəətə qarşı 141,02 yen (1,35 dollar) təşkil edib. Avtomobil konserninin gəliri isə illik ifadədə 2 dəfə azalaraq 574,87 mlrd. yen (5,5 mlrd. dollar) olub.

2021-ci ilin martın 31-də bitən cari maliyyə ilinin nəticələrinə görə, şirkət xalis zərərin 360 mlrd. yen (3,4 mlrd. dollar), gəlirin isə 1,48 trln. yen (14 mlrd. dollar) olacağını gözləyir. İyul ayından bəri proqnoz dəyişməyib.

Xatırladaq ki, “Mitsubishi Motors” 1954-cü ildə təsis olunan “Mitsubishi Corp.”a daxildir. Korporasiya enerji, metallurgiya, maşınqayırma və istehlak malları sektorlarında aktivlərə malikdir və 80-dən çox ölkədə fəaliyyət göstərir.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.