Read Time:58 Second

 171 

Misirin “Aldiplomasy” portalında tədqiqatçı jurnalist Əşrəf Əbu Urafənin “Azərbaycan Ordusu Xocalı soyqırımını törədən Ermənistana ağır zərbələr endirib” sərlövhəli məqaləsi yerləşdirilib.

İpmedia.info xəbər verir ki, müəllif 28 il əvvəl Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının, habelə mülki insanlara qarşı digər cinayətlərin cavabının bu gün döyüş meydanında verildiyini qeyd edib.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan hakimiyyəti Ermənistan silahlı qüvvələrinin çoxlu sayda hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyini, işğal altında olan ərazilərin azad olunduğunu bildirib. Müəllif yazıb: “Artıq oktyabrın sonuna yaxın Azərbaycan Ordusu 4 şəhəri, bir sıra qəsəbə və kəndi işğaldan azad edib. Uğurlu hərbi əməliyyat nəticəsində İranla sərhəddə təhlükəsizlik təmin olunub. Yoxsul Ermənistanın zərəri isə 2 milyard dollardan çoxdur”.

Misirin “Akhbarelyom”, “Nile1” və “Qalyubiyenews” informasiya portallarında isə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Bərdə şəhərinə raket hücumu ilə bağlı bəyanatı yayılıb. Qeyd olunub ki, 4 mülki insanın, o cümlədən bir uşağın həlak olması, 13 nəfərin yaralanması daha bir ağır müharibə cinayətidir. Bu vəhşiliyə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda, ermənilərin dinc əhaliyə qarşı bu raket hücumunun ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü ərəfəsində edilməsi göstərir ki, artıq üçüncü dəfədir humanitar atəşkəs razılaşmasını pozan işğalçı ölkə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.