29 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Lənkəranda 17 yaşlı oğlan süni göldə batıb – YENİLƏNİB

Read Time:32 Second

 84 

IP Media APA.az-a istinadən xəbər verir ki,Lənkəran şəhərinin Darquba kəndində süni göldə batan 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğlunun axtarışları başa çatıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, E.Əlyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

saat 17:48

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhərinin, Darquba kəndində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) süni göldə batması barədə məlumat daxil olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1+