Kürdəmirin Sığırlı kənd sakinindən küllü miqdarda narkotik vasitə götürülüb

Kürdəmirin Sığırlı kənd sakinindən küllü miqdarda narkotik vasitə götürülüb

Read Time:41 Second

 72 

Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

İpmedia.info xəbər verir ki, Sığırlı kənd sakini Nəbiyev Fəxrəddin Rəhim oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, eləcə də yaşadığı evdə saxlaması barədə rayon polis şöbəsinə daxil olan məlumata əsasən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətyani sahədə yerləşən yarımtikilidə 1 ədəd sintetik torbada təmiz çəkisi 635 qram, 5 ədəd plastik vedrələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 825 qram, 1250 qram, 910 qram, 975 qram və 1220 qram olmaqla, ümumi çəkisi 5815 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanan marixuana aşkar edilərək götürülüb.

Fəxrəddin Nəbiyev saxlanılaraq şübhəli şəxs qismində Kürdəmir rayon Polis Şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o, cinayət əməlini etiraf edib. Faktla bağlı rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb və hazırda istintaq davam edir.

0
KRİMİNAL Ölkə