Karyeralarını qurmaqda tələbələrə düzgün istiqamət vermək məqsədilə görüşlərə start verilib

Karyeralarını qurmaqda tələbələrə düzgün istiqamət vermək məqsədilə görüşlərə start verilib

Read Time:30 Second

 45 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və karyera şöbəsi tərəfindən tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət vermək və onlara qarşıya çıxa biləcək problemlərin həllində yardımçı olmaq məqsədilə görüşlərə start verilib.

AzMİU-dan  bildirilib ki, “Zoom” platforması üzərindən təşkil olunan görüşdə şöbənin əməkdaşları Xanlar Qəniyev və karyera üzrə mütəxəssis Afaq Sadiqova karyera yolunda ilk addım olaraq CV-lərin düzgün tərtib edilməsinə dair vacib məsələlərdən danışıblar. Həmçinin CV-lərin hazırlanması zamanı onlayn resurslardan istifadə qaydaları haqqında məlumat verilib, video nümayiş olunub.

İpmedia.info xəbər verir ki, görüşlər davamlı olacaq. Təlimdə iştirak edən tələbələrə öz ixtisasları istiqamətində iş axtarışına necə başlamaları barədə onlayn təlim keçiriləcək.

0
SİYASƏT