01 Noyabr 2020

İpmedia.info

İnternational Press

Jirinovski səs verməyə 16 yaşından icazə verilməsini təklif edib

Read Time:30 Second

 113 

ipmedia.info  apa.az-a istinadən xəbər verir ki,

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski seçkilərdə iştirak üçün yaş məhdudiyyətinin 16 yaşa endirilməsi təklifi ilə çıxış edib.

Jirinovski dövlət başçısının Dumada fraksiya liderləri ilə görüş zamanı prezident Vladimir Putinə müvafiq təklifi verib.

Partiya lideri təklifini indi gənclərin fərqli olması ilə izah edib: “Gənclərin çoxu 16 yaşında onsuz da bəzən valideynlərindən daha çox qazanır, lakin bu vətəndaşlara səsvermə hüququ verilmir”.

Siyasətçi əlavə edib ki, 80-90 yaşlarında nənə və ya baba pis düşünsə də, səs vermək hüququ var: “Səsvermədə yaşlı insanlara deyirlər ki, buranı “işarə”lə, onlar da “işarələyir”.

0