24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

İsrail Qəzzadakı Həmas bölgəsini vurdu.

Read Time:38 Second

 311 

Ipmedia.info xəbər verir ki, İsrail döyüş təyyarələri, mühasirəyə alınan Qəzza zolağının cənubundakı bir Həmas bölgəsini bombaladı. Qəzzanın cənubundakı Rəfah şəhərində HƏMAS-ın silahlı qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarına məxsus bir nöqtə İsrail döyüş təyyarələri tərəfindən hədəf alındı. Qəzzadakı Səhiyyə Nazirliyindən hücumda ölüb ya ​​da yaralanıb olmadığı ilə bağlı heç bir açıqlama verilmədi. İsrail ordusu Twitter hesabından etdiyi yazılı açıqlamada döyüş təyyarələrinin Qəzzanın cənubundakı Həmas nöqtəsinə zərbə endirdiyini açıqladı. Açıqlamada hücumun “gün ərzində Qəzzadan İsrail ərazisinə atılan raketə cavab olaraq həyata keçirildiyi” bildirildi. İsrail ordusunun sözçüsü Avichay Adraee daha əvvəl Twitter hesabında Qəzzadan İsrailə raket atıldığını bildirmişdi. İsrailin Yediot Aharonot qəzetindəki bir xəbərdə Eşkol Regional Şurasındakı (Qəzza sərhədi yaxınlığında Yəhudi məskunlaşması) yerli səlahiyyətlilərin raketin açıq bir sahəyə düşdüyünü təsdiqlədikləri ifadə edildi. Məsələ ilə bağlı Qazan rəhbərliyindən açıqlama verilməyib

0