22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

İslam peyğəmbərinə karikatura hazırlayan fransız nəşrinə yeni təhdid

Read Time:19 Second

 162 

Əl-Qaidə terror qruplaşması Fransanın “Charlie Hebdo” satirik jurnalını yeni hücumla təhdid edir.

İpmedia.info “SITE Intelligence Group”-a istinadən xəbər verir ki, təhdidlərin jurnalın Məhəmməd peyğəmbərlə bağlı karikaturanı təkrar buraxması ilə əlaqədar olduğu vurğulanır.

Xatırladaq ki, 2015-ci ilin yanvarın 7-də Səid və Şərif Kuaşi qardaşları “Charlie Hebdo”nun redaksiyasına hücum etmişdilər. Onlar 12 nəfəri, o cümlədən səkkiz jurnalist və rəssamı öldürmüşdülər.

3+