İranda cinayətkar qrupun üzvləri həbs edilib

İranda cinayətkar qrupun üzvləri həbs edilib

Read Time:23 Second

 1,033 

İranda korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində bank sənədlərini saxtalaşdırmaqda ittiham edilən 15 nəfər həbs edilib.

İpmedia.info xəbər verir ki, xüsusi xidmət və hüquq mühafizə orqanlarının İranın Şərqi Azərbaycan vilayətində həyata keçirdikləri birgə əməliyyat nəticəsində cinayətkar qrup aşkarlanıb. Bu qrup sənədləri saxtalaşdıraraq banklardan iri məbləğdə kredit götürür, müxtəlif yollarla onu mənimsəyib ödəniş etmirmiş.

Cinayətkarlar, həmçinin vəzifəli şəxsləri ələ almaqda, rüşvət verməkdə və başqa maliyyə fırıldaqlarında ittiham olunur.

İstintaqın gedişi haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.

0
DÜNYA