“İnsanlar arasında panika yaratmağa nail ola bilmədilər”

“İnsanlar arasında panika yaratmağa nail ola bilmədilər”

Read Time:35 Second

 68 

“Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Bərdə və Tərtərə səfər etdik. Dünən Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə intensiv raket zərbələri endirildi. Çoxlu sayda insan tələfatı oldu və xeyli insan yaralandı”.  

IPmedia.info xəbər verir ki, bunu bu gün Bərdədə keçirilən brifinqdə Hikmət Hacıyev deyib.

Dövlət rəsmisi bildirib ki, Bərdə şəhəri cəbhədən 60-70 km kənarda yerləşir və Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməklə buranı hədəfə almasının səbəbi mülki insanları qətlə yetirmək, insanlar arasında panika yaratmaqdır:

“Amma onlar insanlar arasında panika yaratmaq cəhdinə nail ola bilmədilər. Bunu burada olan hərbi attaşelər və diplomatik korpus nümayəndələri də gördü. Ermənistan siyasi rəhbərliyi o qədər azğınlaşıb ki, diplomatik korpus Bərdə və Tərtərdə ola-ola yenə buraları hədəf aldılar”.

0
Dağlıq Qarabağ Münaqişəsi