28 Oktyabr 2020

İpmedia.info

İnternational Press

İnsanı koronavirusa qarşı həssas edən amil açıqlandı

Read Time:32 Second

 177 

 

İnsanı koronavirusa qarşı həssas edən amil açıqlandı. I qan qrupundan olan insanların koronavirusa yoluxma ehtimalı digərlərindən daha azdır, xəstəliyin gedişatının şiddəti də bundan asılıdır.

ipmedia.info xəbər verir ki, bu barədə “Blood Advances” jurnalında məqalə dərc olunub.

Danimarkalı mütəxəssislər COVID-19 testindən keçmiş 473 mindən çox insanın məlumatlarını müqayisə etdikdən sonra belə bir nəticə gəlib.

Alimlər bunu birinci qan qrupunda virusun bədənə girməsinə imkan verən eritrosit antigenlərinin olmaması ilə izah edirlər.

Bundan əvvəl Çin, ABŞ və İrandan olan tədqiqatçılar ikinci qan qrupu olan insanların koronavirusun səbəb olduğu ağırlaşmalardan ölmə ehtimalının daha yüksək olduğu qənaətinə gəlmişdilər. Üçüncü və dördüncü qan qrupları olan xəstələr daha az riskə malikdirlər.

0