Read Time:47 Second

 51 

İngiltərədə yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində növbəti dəfə sərt karantin rejimi tətbiq edilib.

IPmedia.info xəbər verir ki, ölkədə bu gündən etibarən bar, restoran, əyləncə məkanları mart ayından sonra yenidən bağlanılıb, yalnız onlayn sifarişə icazə verilib. Sərt karantin rejimi dekabrın 2-dək davam edəcək.

Qaydalara əsasən, market və apteklər xaric bütün alış-veriş müəssisələrinin fəaliyyəti dondurulub. Vətəndaşlar təkcə iş, market və parkda bir neçə saatlıq idman üçün küçəyə çıxa biləcəklər.

Xarici vətəndaşlarla bir araya gəlmək isə qəti qadağan olunub.

Ölkədaxili və xarici səfərlər ləğv olunub, toy mərasimlərində 6 nəfərdən artıq insan iştirak edə bilməyəcək.

Qeyd olunur ki, vətəndaşlar sözügedən qərara məhəl qoymayıblar. Belə ki, onlar Londonda məşhur “Soho” adlı klubun qarşısına toplaşaraq əylənməyə davam ediblər. Polis sosial məsafəyə riayət olunması barədə xəbərdarlıq edib, bir nəfər saxlanılıb.

Bununlka belə insanlar Baş nazir Boris Consonun ölkəni idarə edə bilmədiyini bildiriblər.

Qeyd edək ki, İngiltərədə son zamanlar gündə 20 mindən çox insan koronavirusa yoluxur, 300 nəfər həyatını itirir.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.