20 Oktyabr 2020

İpmedia.info

İnternational Press

İngiltərə klubunun baş məşqçisi və iki futbolçusu koronavirusa yoluxdu

Read Time:21 Second

 106 

İngiltərənin “Vest Hem” futbol komandasının baş məşqçisi Devid Moyes koronavirusa yoluxub.

İpmedia.info klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçulardan İssa Diop və Coş Kallenin də testləri müsbət nəticə verib. Bütün yoluxanlar komandanın düşərgəsini dərhal tərk edərək, karantinə yollanıblar. Kollektivə köməkçi-məşqçi Alan İrvayn rəhbərlik edəcək.

Qeyd edək ki, “Vest Hem” ötən mövsüm Premyer Liqada 39 xalla 16-cı yeri tutub. 38 qarşılaşmadan 99 xal toplayan “Liverpul” çempion olub. 

0