22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

İmişli və Tərtər sakinlərindən odlu silahlar götürülüb

Read Time:27 Second

 44 

ipmedia.info APA.az-a istinadən xəbər verir ki,

İmişli və Tərtər  sakinlərindən sənədləri olmayan ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsindən əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakinləri B.Qanbayevdən və A.İsmayılovdan 2 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri götürülüb.

Eyni zamanda Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən də  keçirilən əməliyyat tədbirləri nəticəsində Rəcəbəyli kənd sakini R.Şirinovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

0