22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Heydər Əliyev Mərkəzinin əməkdaşları Silahlı Qüvvələrə yardım edib

Read Time:18 Second

 186 

ipmedia.info  “qafqazinfo”-ya istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına dəstək və vətəndaşlıq borcunu yerinə yetirmək məqsədi ilə bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.

2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.

0