Read Time:29 Second

 57 

Gürcüstanın Qori şəhəri yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

İpmedia.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Türkiyə dövlət seriya nişanlı, “Daf” markalı yük maşını Tbilisi-Senaki-Leselidze mərkəzi avtomagistralının 77-ci kilometrliyində sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan beş sərnişin həlak olub, daha on bir sərnişin xəsarət alıb.

Bəzi məlumatlara görə, mikroavtobusda olan sərnişinlər “Vahid Milli Hərəkat” Partiyasının Sameqrelo regionundan olan tərəfdarları imiş. Onlar oktyabrın 29-da Tbilisidə keçirilən aksiyada iştirak ediblər və qəza evə qayıtdıqları zaman baş verib.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.