22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Guardian nəşri Gəncəyə hücumdan yazdı

Read Time:36 Second

 64 

Guardian nəşri Ermənistanın mülki əhalini hədəf alaraq Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket hücumundan yazıb.

ipmedia.info xəbər verir ki, hadisə yerində bir sıra ev tamamilə dağıldılıb və xilasedicilər dağıntıların altından cansız bədənləri çıxarıb. Zərbə nəticəsində ətraf küçələrdəki binaların divarları və damları uçub. Şahidlərdən biri, zərbədən dərhal sonra xilasedicilərin kiçik bir uşağı, iki qadını və dörd kişini dağıntıların arasından çıxardığını gördüyünü bildirib.

“Biz yatırdıq. Uşaqlar televizora baxırdılar. ”,-deyə 65 yaşlı Rübabə Cəfərova, dağılan evinin qarşısında hadisəni danışıb. “Ətrafdakı bütün evlər dağıdılıb. Bir çox insan dağıntılar altındadır. Onlardan bəziləri ölüb, bəziləri isə ağır yaralanıb”.

“Yoldaşım orada idi, mənim yoldaşım orada idi” deyə bir kişi təcili yardım tərəfindən aparılarkən bildirib.

Raket hücumu nəticəsində ümumilikdə 13 nəfərin həlak olduğu, 52 nəfərin yaralandığı qeyd olunub.

0