Goronboyda düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi-Rəsmi

Goronboyda düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi-Rəsmi

Read Time:31 Second

 123 

 

Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

 

İpmedia.info xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

0
ƏSAS SƏHİFƏ