MÜSAHİBƏ

“Gənclərimiz mütləq teatrlara, tamaşalara getsinlər” – Lənkəran Dövlət Dram Teatrın direktor müavini ilə müsahibə…

 248 

Özünüzü təqdim edin.

– Fərzullayev Emin Təyyar oğlu. Lənkəran Dövlət Dram Teatrın aktyoru və 2014-cü ilə qədər Bədii Quruluş Hissə müdiri olmuşam. Bu günə qədər isə direktor müaviniyəm.

Neçə ildir teatr sahəsində işləyirsiniz?

– Artıq, 21 ildir ki, bu sahədəyəm və ömrüm yetdikcə olmağa davam edəcəm.

Mədəniyyətin başqa hansı sahəsinə üstünlük verirsiniz?

– Əsasən, teatrı – aktyorluğu sevirəm və üstünlük verirəm.

İndiyə qədər canlandırdığınız obrazların içərisində ən sevdiyiniz və sizə görə tamaşaçının ən sevdiyi obraz hansıdır?

– Bilirsiz, bir var yüngül əsər, bir də var çətin əsər. Düşünürəm ki, Çingiz Aytmatovun “Manqurt” əsəri çətin və ən möhtəşəm əsərlərdən biridir. Məhz buna görə, əsərindəki Sabitcan obrazı ən sevdiyim obrazdır. Çünki, bu obrazın öhdəsindən yaxşı gəlməyi bacarıram. Hidayət Orucovun “Məni Qınamayın” tamaşası komediya janrında olduğundan, Məmiş obrazı tamaşaçının ən sevdiyi obrazdır.

Bir aktyor kimi özünüzdə hansı xüsusiyyətləri bəyənirsiz?

– Canlandırdığım rolu daxilimdə yaşamağı və onu tamaşaçıya məharətlə çatdırmağı bacarıram. Bu özümdə ən sevdiyim xüsusiyyətimdir.

Azərbaycan Teatr sahəsində hansı aktyoru idealınız kimi görürsünüz və bunu səbəbi?

– Azərbaycanın dəyərli Xalq Artisti Yaşar Nuri mənim idealımdır. Çünki, bacarıqlı aktyor, rejissor olmaqla yanaşı, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı idi. Bu isə hər adamın işi deyil.

Azərbaycanın bugünkü teatr sənəti haqqında nə deyə bilərsiniz?

– Bu çox dərin mövzudur, haqqında çox şey demək olar. Sadəcə onu deyə bilərəm ki, ümid edirəm, yaxın illərdə hər şey daha yaxşı olar.

Son olaraq, oxucularımıza nə demək istəyirsiniz?

– Gənclərimiz mütləq teatrlara, tamaşalara getsinlər. Bu onlara böyük mənəvi dəstək, dünyagörüşlərinin artmasında yardımcı olacaq.

Dəyərli vaxtınızı ayırıb, müsahibədə iştrak etdiyiniz üçün təşəkkürlər.

15+

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.