22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Gənc jurnalist karantin qaydalarına əməl etməyənləri qınadı!

Read Time:1 Minute, 13 Second

 112 

Pandemiya başlayan gündən belə bir xəstəliyin varlığına inanmayan və hətta insanlar içində hər şeyin yalan olduğu fikrini yayan varlıqların (təkamül prosesini keçmədikləri üçün hələ insan sayılmırlar) olması insanı ciddi dərəcədə narahat edir. İşin maraqlı tərəfi yüzlərlə ölümün, yoluxmanın olmağına baxmayaraq hələ də ibtidai fikirlərini müdafiə və təbliğ etməkdə davam etmələridir. Öz ibtidai və axmaqca düşüncələri ilə özləri kimi düşünməkdən aciz digərləri tərəfindən ciddi qəbul edilib qoyulan qaydalara əməl etmirlər. Bir neçə dəfə avtobusda şahidi olmuşam maska taxmayanlar yoxlama postlarında maska qaldırır, vəya heç onuda etmir. Maska taxmasını tələb edən sürücüyə güc tətbiq edir, neandertal olduğunu əyani şəkildə sübut edən nalayiq sözlər işlədir. Bəli biz, cəmiyyətin gələcəyi olan gənclər isə belələri ucbatından yayılmağa davam edən pandemiya səbəbindən dərsimizə belə gedə bilmir, hətta hər gün ölüm və xəstəliklə üz-üzə qalırıq. Səbəb beyni inkişafdan geri qalaraq məni Darvinin haqlı olduğuna inandırmağa başlayan bu canlılar karantin qaydalarına əməl etmir deyə. Biz hələ düşünməyi bacaran, beyni tam inkişaf etmiş insanlar onlar ucbatından pandemiyanın fəsadları ilə qarşılaşırıq, xəstələnir, ölürük. Niyə? Bir neçə neandertal maska taxmır, heç bir karantin qaydasına əməl etmir, hətta bizim kimi məsuliyyətli gəncləri ələ salır deyə. Artıq son zamanlar da fikir verirəm ilk dövrlərdə ağlı ilə düşünməyi bacaranlar da həmin canlıların ibtidai düşüncəsinin ortağı olurlar. Bir cəmiyyətdə ağlı ilə düşünməyi bacaran həkimlər, dövlət orqanları yerinə orta məktəbi belə bitirə bilməyən beynini boş yerə daşıyan həmin canlıların sözləri dinlənilirsə əslində o cəmiyyətin məhv olması daha yaxşıdır, amma bizlər, təkamül prosesindən müvəffəqiyyətlə keçmiş, düşünməyi bacaran insanları xaric etməklə.

6+