01 Noyabr 2020

İpmedia.info

İnternational Press

Gəncədəki erməni terroru bir gecədə Sevil və Hüseyni valideynsiz qoydu: “Elə bildim, şimşək çaxdı…”

Read Time:27 Second

 25 

16 yaşlı Sevil və səkkiz yaşlı qardaşı Hüseyn bir gecə içində hər iki valideynini itirib. Oktyabrın 11-də gecə Gəncəyə düşən raket mərmisi onların ən dəhşətli kabusunu reallığa çevirib.

İpmedia.info xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktı zamanı 16 yaşlı Sevil və onun səkkiz yaşlı qardaşı Hüseyn bir gecə içində böyüməli olublar. Onların hər iki valideyni dağıntı altında qalaraq, həyatlarını itirib. Sevil üçün bu, uşaqlığının son gecəsi olub.

Hazırda Sevil və Hüseyn Şəmkirdə yaxınlarının himayəsinə sığınıblar. Onların valideynləri Nurçin və Anar Əliyevlərə isə uşaqlarının böyümələrini görmək nəsib olmayıb.

1+