22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Gəncədə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb

Read Time:23 Second

 35 

ipmedia.info  APA.az-a istinadən xəbər verir ki,

Xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq Gəncədə aparılan tibbi-profilaktiki işlər davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə gündəlik aparılan dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş rejimdə davam etdirilib.

Şəhərin mərkəzində yerləşən küçə və prospektlər, qəsəbələr, çoxmənzilli yaşayış binaların girişləri, mərtəbələrini, uşaq meydançaları, əhali sıxlığı təşkil edən bütün əraziləri, park və xiyabanlar, açıq hava idman qurğuları, habelə poçt şöbələri, bank və bankomatların qarşısında dezinfeksiya işləri aparılıb.

0