22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Gəncə üzərində Azərbaycan və Türkiyə hərbi təyyarələrinin uçuşları keçirilir – YENİLƏNİB

Read Time:29 Second

 72 

ipmedia.info APA.az-a istinadən xəbər verir ki,Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, uçuşlar Bakı şəhərinin daşnak-bolşevik işğalından azad olunmasının 102-ci ildönümünə həsr olunub.

***

12:29

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

0