22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Gəncə “Skad” raketi ilə vurulub

Read Time:1 Minute, 26 Second

 24 

Gəncədə 10 nəfərin ölümü, 34 nəfərin yaralanmasına səbəb olan qanlı terrorda “Skad” raketindən istifadə edilib.

 

IPmedia.info, Qafqazinfo.az-a istinadən xəbər verir ki, raketin qalıqları üzərində 8K-14 yazılıb. Bu, onu deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir.

 

Dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır. Dünyada “Skad” raketiylə mülki əhalinin hədəfə alınması təcrübəsindən demək olar ki, az istifadə edilib. Bu raketdən mülki əhalini vurmaq üçün istifadə etməyə yalnız Ermənistanın faşist xislətli hərbi siyasi rəhbərliyi qərar verə bilərdi.

 

Bildirək ki, “Skad” raketi soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə “R-17 Elbrus” adlanır. “Skad” adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (1.7 km/s).

 

Skad-B R-11 (Skad-A) raketinin davamçısı olaraq R-17, 1970-ci illərdən isə R-300 olaraq adlandırılıb. “Skad” raketi döyüşlərdə istifadə olunmuş çox az raketlərdən biridir. Almaniya istehsalı V-2 raketindən sonra ikinci ən çox istifadə olunan ballistik raketdir.

 

Skad-B raketləri yeni olduğu vaxtda belə onun ehtimal olunan yayınma dairəsi 450 metr təşkil edirdi. Bu, o deməkdir ki, sən A nöqtəsini hədəfə atırsan, amma raket A nöqtəsinə düşməyəcək, sadəcə A nöqtəsindən 450 metr radiusda bir əraziyə düşəcək.

 

Bu, raketdən hərbi hədəfləri məhv etmək üçün istifadə çətinlik yaradır, dəqiqlik yoxdur, ona görə də, hərbi məqsədlə tətbiqinin heç bir effekti yoxdur. Sovet dövründə raketin az dəqiqliyini nəzərə almaqla, onun üçün xüsusi nüvə başlıqları hazırlanırdı. Həmin nüvə başlıqları isə raket hədəfdən 450 metr aralıda düşsə belə, partlayış gücünə görə, hədəfi məhv etməyə imkan verirdi.

0