26 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Gəncə şəhər stadionu da erməni terrorundan zərər çəkib

Read Time:37 Second

 20 

ipmedia.info  xəbər verir ki ,”Kəpəz” futbol komandasının ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu da erməni terrorundan zərər görən obyektlər sırasındadır.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, gecə saatlarında Gəncədə dinc əhalini xaincəsinə hədəfə alan düşmənin artilleriya zərbəsi nəticəsində bir çox obyektlər kimi, yaxın ətrafda olan arenaya da zərər dəyib.

Məlum hadisədən sonra stadionun inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb.

Arena “Kəpəz” Peşəkar Futbol Klubu tərəfindən balansında olduğu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsindən uzun müddətə icarəyə götürülüb və klub üçün baza rolunu oynayır.

“Kəpəz”in əsas və müxtəlif yaş qrupları üzrə komandaları məşqlərini və oyunlarını burada keçirir.
Gecə stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan gəlmə futbolçular olub. Xəsarət alan olmayıb.

Stadiondakı vəziyyətlə bağlı müvafiq qurumlara

0