22 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Fuad Axundov Qarabağla bağlı Rusiya kanalına danışdı

Read Time:2 Minute, 13 Second

 503 

ipmedia.info  “qafqazinfo”-ya istinadən xəbər verir ki,

Rusiyanın “Rossiya 1” telekanılda “60 dəqiqə isti izlər üzrə” verilişinə videoəlaqə vasitəsilə qoşulan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandırıb.

“İlk öncə, bir az əvvəl səsləndirilən “burda deyilən işğal olunmuş ərazilər” ifadəsi ilə bağlı onu qeyd etmək istəyərdim ki, işğal olunmuş ərazi faktı təkcə burda deyilmir, bu ilk növbədə həm Rusiyanın həm də BMT Təhlükəsizlik Şurasının rəsmi mövqeyidir, hansı ki siz bu gün müzakirə olunacağını qeyd etdiniz.

BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi var və Rusiya Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin azad olunmasına səs verib.

Döyüşlər də məhz orada gedir. Ermənistan ərazisinə biz heç bir zərbə endirməmişik, bu prinsipal mövqeyimizdir.

BMT Təhlükəsizlik Şurasının üzvü olan sıradan bir ölkə kimi biz bu məsələdə təbii mövqeyə sahibik və beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz döyüşləri Rusiyanın da qeyd-şərtsiz boşaldılmasını tələb etdiyi ərazilərdə aparırıq.

Başa düşürsünüz, 30 ildir ki danışıqlar gedir və Rusiyanın da fəal üzv olduğu Atətin Minsk Qrupu qətnamələrin yerinə yetirilməsini tələb etməkdə kifayət qədər qətiyyət göstərmir. Bizim o əraziləri Ermənistan Silahlı Qüvvələrindən azad etməyimizə gəldikdə isə mən Ermənistan analarına demək istəyirəm ki onlar sual versinlər: uşaqları Dağlıq Qarabağdan 10 km uzaqlıqda yerləşən o ərazilərdə nə edir?

Bundan əlavə, niyə Moskva-İrəvan dəmiryolunun keçdiyi əraziləri işğal etmisiniz? Həmin dəmiryolunun 150 km-lik hissəsi o ərazilərdən keçir? Bunu nəyə görə edirsiniz? Sonra blokadadan şikayətlənmək üçün?

Türkiyə məsələsinə gəldikdə isə, bizim 20 faiz torpağımız işğal olunub. 43-cü ildə düşmən Sovet İttifaqının cəmi 9 faiz ərazisini işğal etmişdi və Böyük Vətən Müharibəsi başlamışdı. Biz azərbaycanlılar, ruslar və ermənilər birlikdə döyüşmüşdük. İndi isə bizim 20 faiz torpağımız işğal olunub, burda nə sual ola bilər, bizim üçün bu, Böyük Vətən Müharibəsidir, hansı ki 30 ildir davam edir. Əvvəllər güllə atırdılar, bu dəfə isə ağır zərbələr endirilir. İki ay əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov ermənilərin 15 km irəliləyərək post ələ keçirmək istədiyini bildirmişdi.

O zaman cənab Prezidentimiz Paşinyana xəbərdarlıq etdi ki, əgər bir də belə şey olsa, layiqli cavabını alacaq və 2 ay keçməmiş bu təkrar olundu. Onlar yenə 15 km irəliləmək istəyirlər? 20 faiz onlara azdır? Bunların hamsı təxribatdır.

Daha sonra jurnalistin Türkiyənin mümkün hərbi dəstəyi ilə bağlı sualını Fuad Axundov belə cavablandırıb:

“Biz türklərlə qardaş millətik, onlar bunu deyirsə bu başadüşüləndir. Ancaq bizim öz ordumuz yetərli gücə sahibdir, heç bir türk əsgəri və ya zabiti bizim ordumuzda döyüşmür.

Sizin verilişdə keçən dəfə deyildi ki, Türkiyə pilotsuz uçuş aparatları vasitəsilə köməklik göstərir. Cənablar, biz silahlarımızın 99 faizini Rusiyadan alırıq, bununla yanaşı, Türkiyədən də alırıq. Ancaq təəssüf ki, Rusiya Ermənistana silahları ya çox ucuza, ya da ki pulsuz tədarük edir”.

0