merry christmas

Yeni İliniz Mübarək

Read Time:3 Minute, 19 Second

 158 

1985-ci ilin 15 iyulunda Türk Hava Yollarının Parisin Orli hava limanındakı bürosu qarşısında bomba partladan, iki türk, dörd fransız, bir amerikalı və bir isveçli olmaqla 8 nəfərin ölümünə, 63 nəfərin yaralanmasına səbəb olan erməni terroru 35 il sonra yenidən Fransada təhdidə çevrilib, bu dəfə azad sözə qarşı…

İpmedia.info xəbər verir ki, Oktyabrın 22-də TF 1 telekanalının “Saat 20” verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatist regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportaj yayımlanıb.

Reportajda jurnalist, böyük repartyor Liseron Bulud hadisələrə peşəkar yanaşma sərgiləyib, lakin onun peşəkarlığı Fransadakı erməni diasporu/lobbisinin xoşuna gəlməyib. Məhz bu reportaja görə, xanım jurnalistə qarşı mənəvi terror başlanıb.

Fransanın erməni icması “Facebook” və “Twitter” sosial şəbəkələri üzərindən xanım jurnalistə qarşı nifrət dolu saysız-hesabsız mesajlar ünvanlayıb və onu “genosid törədənlərin fahişəsi” adlandırıblar. Ermənilər bununla kifayətlənməyib, Liseron Buludun telefon nömrəsini əldə edərək, “WhatsApp” üzərindən də mənəvi terroru davam etdiriblər.

Jurnalistlə yanaşı, əməkdaşı olduğu telekanal da ermənilərin hücumlarına məruz qalıb: kanal sosial şəbəkələr, elektron poçt və telefon zəngləri ilə sistematik narahat edilib.

Bununla yanaşı, ermənilər jurnalisti və kanalın əməkdaşlarını başlarının kəsilməsi ilə təhdid ediblər.

Reportaj “Facebook” üzərindən yayımlananda erməni istifadəçilərin reaksiyası belə olub:

“Dezinformasiyaya bənzəyir”;
“Ola bilər ki, TF 1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər”.

Reportaj kanalda yayımlanandan sonra isə Fransadakı ermənilər TF 1-in ofisinin qarşısında aksiya keçiriblər. Ardınca jurnalistiə və kanala qarşı mənəvi hücumları başayıb. TF 1 kanalı sonda reportajı efirdən qaldırmağa məcbur olub. Çünki erməni terroru təkcə virtual şəkildə baş verməyib, həm də fiziki formaya keçməsi təhlükəsi yaranıb.

“Başlarını kəsəndən sonra daha aydın düşünərlər” təhdidi ermənilərin mənəvi terrorunun fiziki terrora keçməsi riskinin real olduğunu göstərir.

“Sərhədsiz Repartyorlar” təşkilatı xanım jurnalistin təzyiqə məruz qalması ilə bəyanat yayıb.

Bəyanatda TF 1 telekanalının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzəridən sərt hücumların olduğu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham edildiyi bildirilir.

“Sərhədsiz reportyorlar”ın Aİ və Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və TF1 -ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir. Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalisitin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Bundan başqa, Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Frank Papazyanı, mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq”, – bəyanatda bidirilir.

Bu, bəyanat ermənilərin jurnalistlərə qarşı təhdidinin beynəlxalq jurnalist təşkilatlarının diqqətində olduğunu təsdiqləyir. Lakin bu terrorun qarşısını bəyanatlarla almaq mümkün deyil.

Qarabağda müharibə başlayandan indiyə qədər Fransadakı erməni lobbisi təkcə xanım Budulu təhdid etmir, həm də “Liberation” qəzetinin jurnalistləri və deputatları da ölümlə hədələyir.

Fransa Milli Assambleyasının (Parlament) Xarici İşlər üzrə Komissiyasının və Fransa-Azərbaycan Dostluq qrupunun üzvü, deputat Jerom Lamberin erməni lobbisinin üzvləri tərəfindən ona göndərilən təhdid dolu yazını Twitter hesabında paylaşıb. Dostluq qrupunun vitse-prezidenti Fransadakı erməni lobbisinin onların mövqeyini dəstəkləməyən avropalı siyasətçiləri belə təhdid etdiyini də bildirib.

Bu sübut edir ki, ermənilər onları dəstəkləməyən, həqiqəti olduğu kimi dilə gətirən siyasətçiləri və media orqanlarını təhdid edir və bu təhdidin sonda fiziki terrora çevrilməsi riski böyükdür. Çünki Ermənistanın dövlətinin siyasəti tarix boyu terrora söykənib. Çətinə düşən kimi terrora əl atırlar.

Burada diqqət çəkən məqam azad sözdən danışan, mətbuuatın toxunulmazlığı prinsipini irəli sürən Fransanın öz jurnalistlərinə qarşı bu təhdidlərə laqeyd münasibətidir.

Satirik “Charlie Hebdo” jurnalı İslam Peyğəmbərini təhdid etdiyinə görə hücuma məruz qalanda Avropanın bütün ölkələri ayağa qalxdı, “söz azadlığına” hücum kimi dəyərləndirdilər. Fransa mediası isə hadisəni təkcə “Charlie Hebdo”ya qarşı işlənmiş bir cinayət yox, həm də Fransa xalqının mənəviyyatına və demokratik dəyərlərinə qarşı işlənmiş bir cinayət olduğunu yazırdı.

Bəs ermənilərin fransalı jurnalistə və TF 1 kanalına qarşı etdiyi mənəvi terror nədir?

Yaxud həqiqəti dəstəkləyən avropalı siyasətçilərin ölümlə təhdid edilməsi Avropanın liberal dəyərlərinə uyğundurmu?

Avropada ermənilərin insan haqlarına zidd fəaliyyəti, terror təhdidləri nə birincidir, nə də sonuncu olacaq. Özünü “demokratiyanın beşiyi” adlandıran Frananda söz azadlığına qarşı hücumlar Avropanın liberal dəyərlərinin təhlükə altında olduğunu göstərir.

Başqa ölkələrdə insan hüquqları axtarışında olan Fransa öz daxilində ASALA-nın, eləcə də daim himayə elədiyi erməni lobbisinin jurnalistlərə qarşı ölüm hədələrinə cavab verməsi zəruridir, əks təqdirdə, Fransanın, elə Avropanın da müdafiə etdikləri dəyərlər təhlükə altındadır…

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.