Fransa ilə Türkiyə arasında nə baş verir? – AÇIQLAMA

Fransa ilə Türkiyə arasında nə baş verir? – AÇIQLAMA

Read Time:1 Minute, 23 Second

 141 

Ötən gün Fransanın Türkiyədəki səfiri Herve Magron təcili qaydada ölkəsinə geri çağrılıb. Səfirlik mətbuata açıqlama verərək bildirib ki, səfir məsləhətləşmələr üçün Fransaya geri çağırılıb.

Bu nəyin məsləhətləşməsidir?

Bu sualın da cavabını sözügedən açıqlamadan tapa bilərik. Belə ki, açıqlamada bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Emmanuel Makron haqda söylədiyi sərt fikirlərin qəbuledilməz olduğu bildirilib.

Bu vəziyyət bir müddət öncə normallaşmağa doğru gedən Türkiyə – Fransa münasibətlərini yenidən kəskinləşdirə bilərmi?

Ipmedia.info xəbər verir ki, məsələ ilə bağlı mediapost-a açıqlama verən araşdırmaçı jurnalist Bəybala Mirzəyev bildirib ki, məsələ burasındadır ki, ötən gün R.T.Ərdoğan AK Partinin Kayseridəki toplantısında çıxışı zamanı E.Makronun İslam dininə və Türkiyəyə qarşı qərəzinin anlaşılmadığını deyib:

“Ərdoğan Makronun bu davranışlarına – psixoloji probleminə görə müalicəyə ehtiyacı olduğunu bildirdi. Üstəgəl, Ərdoğan Makronun fransız xalqının gözündə etimadını itirdiyi üçün gələn il Fransada keçiriləcək seçkilərdə qalib olmayacağına inandığını vurğuladı. Bu, tamamilə doğru fikirdir. Makron həqiqətən də hazırda ölkəsində populyar deyil və bu səbəbdən onun təkrar prezident seçilmək şansı olduqca azdır.

Ərdoğan Makronu həmçinin hazırda Azərbaycanda baş verən proseslərdə də ittiham etdi. O bildirdi ki, hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var.

Ərdoğan bu fikrini belə əsaslandırdı: “Minsk qrupunda varsınız. Bu günədək nə edibsiniz? Azərbaycan ərazilərini işğaldan azad edibsinizmi? Sadəcə, ermənilərə silah göndəririsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı düşünürsünüz. Edə bilməzsiniz, çünki dürüst deyilsiniz”.

Ərdoğan bu fikrində də tamamilə haqlıdır. Amma bu fikirlər Makronu özündən çıxarıb. Odur ki, dərhal Türkiyədəki səfiri geri çağırıb.

Maraqlıdır, son günlərdə Azərbaycanın ünvanına ittihamlarını dayandıran və ermənilər tərəfindən aldadıldığını dərk edən Emmanuel Makron Türkiyədən Parisə geri çağırdığı Fransa səfiri ilə nələri məsləhətləşəcək və onu hansı təlimatlarla Türkiyəyə geri göndərəcək?

Və ümumiyyətlə, geri göndərəcəkmi?

Çünki hazırda ortada tam bir diplomatik skandal ortamı hökm sürür”.

0
DÜNYA