30 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Ermənistanın təxribatı nəticəsində Azərbaycan əsgəri yaralanıb

Read Time:39 Second

 73 

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu xəsarət alıb.

 

IPmedia.info, “Report”-a istinadən xəbər verir ki, hadisə Tovuz rayonun Ağdam kəndi ərazisində yerləşən döyüş postunda baş verib.

 

Azərbaycan Baş Prokurorluğundan bildirilib ki, təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb.

 

Nəticədə əsgər Qurbanov Qurban Azad oğlu sağ çiyin nahiyəsinin kor qəlpə yarası xəsarəti alıb.

 

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

0