Ermənistanın məhv edilən artilleriyalarının qiyməti…

Ermənistanın məhv edilən artilleriyalarının qiyməti…

Read Time:32 Second

 165 

Milli Ordumuz Dağlıq Qarabağda işğaldan azadetmə əməliyyatları zamanı düşmənin artilleriya sistemlərini də sıradan çıxarıb.

ipmedia.info xəbər verir ki, bir artilleriya batareyasının “Haubitsa”, daşınmasında istifadə olunan texnika, yeriyən komanda məntəqə mərkəzi, güllə daşıyan və təmir-təchizat maşınlarından ibarət olduğunu nəzərə alsaq, bu, düşmənə 35 milyon dollara başa gəlir.

1 ədəd artilleriya stasionar qurğusunun qiyməti təqribən 1-3 milyon dollar dəyərindədir.

Düşmənin eyni zamanda 251 ədəd müxtəlif çaplı topları da məhv edilib. Bu texnikanın dəyərini orta qiymətlə hesablasaq, 753 milyon dollar təşkil edir.

Düşmənin qoyub qaçdığı artilleriya sisteminin sayı 24 ədəddir və qiyməti 72 milyon dollardan çoxdur.

Toplam 275 ədəd artilleriya sistemi Ermənistana 825 milyon dollar ziyan vurub.

0
ƏSAS SƏHİFƏ