Ermənistanın “Humanitar atəşkəs” oyunu hərb meydanı ilə bitəcək

Ermənistanın “Humanitar atəşkəs” oyunu hərb meydanı ilə bitəcək

Read Time:1 Minute, 25 Second

 53 

İşğalçı Ermənistanın terrorçu siyasət yürütməsi, məkrli xisləti sülhdən, haqq-ədalətdən nə qədər uzaqda olduqlarını açıq-aydın göstərir. 

Azərbaycan tərəfi hər zaman üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu, bu öhdəliklərə sadiqliyini vurğulayır. Ölkəmiz üçüncü dəfə də vasitəçilərin humanitar atəşkəsə çağırışına biganə qalmadı, çağırışı edənlərə bir daha etimad göstərdi. 26 oktyabr səhər saat 08.00-dan humanitar atəşkəs razılığı elan olundu. Rəsmi məlumatlara əsasən, Ermənistan bu dəfə də razılığı pozaraq mülki əhalimizə və yaşayış məntəqələrinə hücumlar edib və hazırda da atəşkəsi pozmaqda davam edir.  Yeni humanitar atəşkəs razılaşmasının pozulması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin barbarlığının növbəti bariz göstəricisidir.

Dinc əhaliyə atəşin açılması beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Ermənistan tərəfi istər birinci Qarabağ müharibəsində, istərsə də indiki müharibədə atəşkəs rejiminə əməl etməmişdir. Bununla da regionda təxribatçılıq, terror ilə məşğul olan ermənilər bir daha bütün dünya üçün təhlükə mənbəyi olduqlarını sübut edirlər.

Bu gün baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Məqsədli şəkildə, müxtəlif qərbyönümlü dairələrin, birbaşa isə Sorosun köməkliyi ilə hakimiyyətə gələn Paşinyan həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. Xaricdəki ağalarının diqtəsi ilə hərəkət edərək öz ölkəsini uçuruma aparır. Buna görə də tez bir zamanda ermənilər öz utanc gətirən dırnaqarası liderləri Paşinyana görə, həmçinin bu günədək Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar və qətliamlara görə, dinc əhaliyə qarşı törətdikləri terror aktlarına görə, Xocalımıza, Şuşamıza, Qarabağımıza, digər işğal etdikləri ərazilərdə törətdikləri vəhşiliklərə, vandalizmə görə xalqımızdan üzr istəməlidirlər. Eyni zamanda bütün beynəlxalq təşkilatlar regionda sülh və sabitliyə ciddi təhlükə yaradan erməni hakimiyyətinin təxribatçı əməllərinə qarşı mənfur düşmənin işğalçılıq siyasətini kəskin şəkildə qınamalı, işğalçını hüquqa, humanitar öhdəliklərə əməl etməyə məcbur etməlidir. Əks halda Azərbaycanın şücaətli, yenilməz ordusu öz gücünü göstərərək hərb meydanında düşməni ağır məğlubiyyətə düçar edəcək.

Anar Məmmədov

Milli Məclisin deputatı

0
Dağlıq Qarabağ Münaqişəsi