Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi nəticəsində xəsarət alaraq xəstəxanada vəfat edən yeniyetmə Rusiya vətəndaşıdır

Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi nəticəsində xəsarət alaraq xəstəxanada vəfat edən yeniyetmə Rusiya vətəndaşıdır

Read Time:33 Second

 376 

17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

ipmedia.info-nun məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Mayakov Artur Vasilyeviç Gəncəyə bibisi gilə qonaq gəlib: “Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaqdır. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib”.

Hacıyev “Twitter” hesabında Mayakov Artur Vasilyeviçin fotosunu paylaşıb.

0
Dağlıq Qarabağ Münaqişəsi