Read Time:39 Second

 63 

Ermənistan ordusunun Gəncəyə raket hücumu nəticəsində həlak olan mülki şəxslərin xatirəsi Avstraliyanın Sidney şəhərində yaşayan Azərbaycan və türk icması tərəfindən anılıb.

Ipmedia.info xəbər verir ki, Sidneydə yerləşən “Türk evi”nin qarşısında Güney Azərbaycan Demokratik Türk Birliyi və Avstraliya Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil edilən mərasimdə Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərə raket hücumları və bunun nəticəsində mülki şəxslərin həlak olması qəti şəkildə pislənib.

Mərasimə Azərbaycan və Avstraliya bayraqları ilə qatılan iştirakçılar Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla günahsız mülki insanların yuxuda olarkən öldürüldüklərini xatırladaraq bu müharibə cinayətinin təşkilatçılarının beynəlxalq məhkəmə qarşısında məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Gəncədə həyatını itirənlər üçün “Türk evi”nin qarşısındakı guşəyə çələnglər və güllər qoyan tədbir iştirakçıları həlak olanların ruhuna dualar oxuyaraq Azərbaycan Ordusunun işğal altında olan torpaqları tezliklə azad etməsini diləyiblər.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.