Ermənistanın Bərdəyə raket hücumu ərəb mətbuatının diqqət mərkəzində

Ermənistanın Bərdəyə raket hücumu ərəb mətbuatının diqqət mərkəzində

Read Time:48 Second

 404 

Oktyabrın 28-də işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumu və üç humanitar atəşkəsə rəğmən müharibə cinayətlərini davam etdirməsi barədə xəbərlər ərəb KİV-lərində geniş işıqlandırılıb.

İpmedia.info xəbər verir ki, “Aljazeera”, “Skynews Arabia” və “Al Arabia” televiziya kanalları Bərdə şəhərində 21 mülki insanın, o cümlədən 1 uşağın həlak olması, 70 nəfərin yaralanması haqqında reportajlar yayıblar. Reportajlarda qeyd olunub ki, Azərbaycan Ordusunun yeni əraziləri işğaldan azad etməsi fonunda Ermənistan mülki obyektləri və dinc əhalini hədəfə alır. Ermənistanın qadağan olunmuş kasetli bombalardan istifadə etdiyi də diqqətə çatdırılıb.

“Almasryalyoum” informasiya portalı isə AZƏRTAC-ın xəbərlərinə istinadla Bərdə şəhərində mülki insanların qətlə yetirilməsi və yaralanması haqqında geniş xəbər yayıb. Xəbərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun insan tələfatı və mülki obyektlərə vurulmuş zərərlə əlaqədar bəyanatı yer alıb.

Nüfuzlu “Əl-Əhram” qəzeti də Ermənistanın Bərdəyə raket hücumu haqqında geniş məqalə dərc edib. Məqalədə qeyd olunur ki, dinc əhalinin və mülki obyektlərin hədəfə alınması yolverilməzdir və bu addım münaqişənin daha da dərinləşməsinə səbəb olacaq.

0
Dağlıq Qarabağ Münaqişəsi DÜNYA