Read Time:38 Second

 115 

Ağ Evin rəsmi saytında Ermənistanın Haaqa konvensiyasının qaydalarını pozaraq Azərbaycanın Xızı, Gəncə, Bərdə, Tərtər şəhərlərində mülki əhalini raket hücumuna məruz qoyması ilə bağlı ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə əlaqədar petisiya açılması barədə məlumat vermişdik.

Oktyabrın 9-dan başladılan petisiyada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, ərazi bütövlüyümüzə təcavüzü, Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı qeyd olunub.

Petisiyanın mətnində işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmədiyi ilə bağlı məqamlar vurğulanıb.

İpmedia.info xəbər verir ki,Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqonun tətbiqinə çağırış məqsədi daşıyan petisiyaya ABŞ tərəfindən baxılması üçün sadəcə 2 min 696 imza çatmır.

100 min imza toplandıqdan sonra petisiyanın qiymətləndirilməsinə baxıla bilər. Petisiyanın imzalanması üçün son tarix noyabrın 8-i qeyd olunub.

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.