21 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Ermənilər Xocalı Polis Şöbəsini və məktəb binasını vurdu

Read Time:38 Second

 21 

ipmedia.info  xəbər verir ki, Baş Prokurorluq Ermənistanın təxribatı ilə əlaqədar növbəti açıqlamanı yayıb. 

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

08.10.2020-ci il tarixdə saat 06 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

0