20 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Ermənilər mülki əhalini hədəfə almaqda davam edirlər: Ağdam sakininin evinə mərmi düşüb

Read Time:24 Second

 21 

ipmedia.info  APA.az-a istinadən xəbər verir ki,

Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

 İşgalçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z.Əsədova məxsus ev və “VAZ 2107” markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.

0