Ermənilər bu dəfə “Azərxalça”nın filialına zərər vurdu – Fotolar

Ermənilər bu dəfə “Azərxalça”nın filialına zərər vurdu – Fotolar

Read Time:17 Second

 257 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki əhalisini atəşə tutması nəticəsində “Azərxalça”ya da zərər dəyib.

İPmedia.info xəbər verir ki, bu gün müharibə cinayətləri törətməyə davam edən Ermənistan ordusunun Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində burada yerləşən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının binasına zərər dəyib.

Filialın yaxınlığına düşən mərmi nəticəsində binanın pəncərələri və dam hissəsi dağılıb.

0
Dağlıq Qarabağ Münaqişəsi