24 Oktyabr 2020

İpmedia.info

İnternational Press

Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı

Read Time:23 Second

 58 

27 sentyabrdan bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun 36 yaşayış məntəqəsinə 13136 mərmi düşüb.

ipmedia.info xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətindən  verilən məlumata görə, ümumilikdə, rayonda düşmən təxribatı nəticəsində 118 ev tamamilə dağıdılıb, 646 evə ziyan dəyib:

“64 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 30 yardımçı tikili tamamilə dağıdılıb. Eyni zamanda, 50 yardımçı tikiliyə, 19 sosial obyektə, səkkiz istehsal obyektinə, 44 ticarət obyektinə ziyan dəyib”.

“Həmçinin, 18 inzibati bina zərər çəkib”, – deyə RİH-dən bildirilib.

0