Erməni əsirlər həmvətənlərinə səsləndi: “Silahı yerə qoyun, boş yerə ölməyin”

Erməni əsirlər həmvətənlərinə səsləndi: “Silahı yerə qoyun, boş yerə ölməyin”

Read Time:21 Second

 106 

CBC telekanalı Azərbaycandakı erməni əsirlərin müharibə barədə etiraflarından reportaj hazırlayıb.

Əsirlər Azərbaycan hərbçiləri ilə qarşılaşana qədər türkləri qəddar və qaniçən kimi təsəvvür etdiklərini deyiblər. Belə bir ittiham ümumi səfərbərlik dövründə ölkələrinin hərbi və siyasi rəhbərliyi tərəfindən bildirilib.

İpmedia.info xəbər verir ki, əsirlərin dediyinə görə, əslində, Azərbaycan hərbçiləri döyüş meydanında cəsarətlə vuruşur və düşmənə qarşı humanizm nümayiş etdirirlər.

Erməni əsirlər həmvətənlərini silahlarını yerə qoyub evlərinə dönməyə çağırıblar, çünki Qarabağ Azərbaycan torpağıdır.

0
Dağlıq Qarabağ Münaqişəsi DÜNYA