Erməni əsilli iş adamı Pasinyana açıq məktub: ” Yeganə çıxış yolu hakimiyyəti təhvil verməkdir”

Erməni əsilli iş adamı Pasinyana açıq məktub: ” Yeganə çıxış yolu hakimiyyəti təhvil verməkdir”

Read Time:45 Second

 99 

 

Rusiyanın “Monarx” şirkətlər qrupunun baş direktoru, erməni əsilli iş adamı Sergey Ambartsumyan Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktub ünvanlayıb.

İPmedia.info xəbər verir ki, məktub Ermənistanın demək olar ki, bütün nüfuzlu xəbər agentliklərində dərc edilib.

Erməni iş adamının N.Paşinyana müraciətində qeyd olunur ki, 2018-ci ildə erməni xalqı ona hansısa xidmətləri qarşılığında deyil, hakimiyyətdə olan insanları vəzifədən kənarlaşdırmaq naminə dəstək verdi və sadəlövhcəsinə ədalətli gələcəyə inandı.

S.Ambartsumyan yazdığı məktubda N.Paşinyana xatırladır ki, indi Ermənistan çıxılmaz vəziyyətdədir və ümidsiz halda uçurumun kənarında dayanıb.

İş adamı hesab edir ki, N.Paşinyanın hazırkı vəziyyətdə yeganə çıxış yolu hakimiyyəti ölkəni böhrandan çıxara biləcək şəxsə təhvil verməkdir.

“Bu, dalandan yeganə çıxış yoludur”, – deyə S.Ambartsumyan yazır.

Məktubun sonunda Rusiyada yaşayan iş adamı əminliklə qeyd edir ki, N.Paşinyan Ermənistanın qarşısında duran vəzifələri həll etmək iqtidarında deyil.

“Siz hakimiyyəti ölkəni bu kritik məqamda milləti birləşdirə bilən liderə təhvil verməlisiniz”.

0
ƏSAS SƏHİFƏ