merry christmas

Yeni İliniz Mübarək

Read Time:1 Minute, 47 Second

 236 

İşğalçı Ermənistanın ordusuna muzdluların cəlb edilməsi yeni fakt deyil. Ermənistan Azərbaycan ərazilərinin işğalına başladığı ilk günlərdən dünyanın müxtəlif ölkələrindən gətirilmiş terrorçuların və muzdlu döyüşçülərin “xidmət”indən istifadə edib.

Bu fikirləri  siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspert bildirib ki, birinci Qarabağ müharibəsində ASALA terror təşkilatının fəal üzvlərindən olan, ABŞ-ın Kaliforniya ştatında doğulmuş, Fransada 4 terror aktının törədilməsinə görə həbs cəzası çəkən Monte Melkomyanın 1993-cü ilin iyun ayında Azərbaycanın işğal altındakı ərazilərində məhv edilməsi kimsəyə sirr deyil. Azərbaycan ərazilərinin işğalında Melkomyanla yanaşı, Livan, Suriya və digər Yaxın Şərq ölkələrindən olan terrorçuların, Fransadan, ABŞ-dan, Baltikyanı respublikalardan döyüş əməliyyatlarına cəlb edilmiş muzdluların iştirak etdiyi barədə çoxsaylı faktlar var.

Ermənistan döyüş əməliyyatlarına muzdluların və terrorçuların cəlb edilməsi prosesini “diaspor nümayəndələrindən ibarət könüllü dəstələr” adı altında həyata keçirib. Bu prosesdə Ermənistanın dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları muzdluların işğal altındakı Azərbaycan ərazilərinə cəlb edilməsi məqsədilə ələ alınması üçün casus şəbəkəsi rolunu oynayıblar. Terror dövləti olan Ermənistanın siyasi rəhbərliyi, həmçinin neofaşizm ideologiyası ilə zəhərlənmiş cəmiyyəti o qədər azğınlaşıb ki, orduya müzdluların cəlb edilməsi üçün hətta ictimai birliklərdən və onların internet resurslarından açıq-aşkar istifadədən belə çəkinməyiblər. Bu məqsədlə yaradılan və guya Ermənistan ordusuna diaspor nümayəndələrinin cəlb edilməsinə xidmət edən “VOMA center” adlı ictimai təşkilatı da nümunə gətirmək olar. Qeyd edim ki, “VOMA center”in Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki sərhədində gerçəkləşdirməyə cəhd göstərdiyi hərbi təxribatdan sonra onun təşkil etdiyi və dağ-atıcı batalyonunun formalaşdırılmasına xidmət edən 15 təlimdə 145 xarici ölkə vətəndaşı iştirak edib. Onların arasında Fransa, Livan, ABŞ, Argentina və hətta keçmiş sovet respublikalarının vətəndaşları da var. Ermənistanda belə “ictimai” mərkəzlərin və onların təlim bazalarının sayı onlarladır. “Reuters” agentliyinin Ermənistana döyüş təlimi keçmək üçün müxtəlif ölkələrdən yüzlərlə şəxsin gəldiyi barədə məlumat yayması da məhz nümunə gətirdiyim faktlardan qaynaqlanır. “Reuters”ə Livandan gətirilən ermənilərin könüllü olduqlarını və bu işin heç kim tərəfindən təşkil olunmadığını bildirən mənbə isə gözünün içinə kimi yalan danışır. Livandan muzdluların Ermənistan ordusuna cəlb edilməsində Livan erməni Apostol Kilsəsi aparıcı yerlərdən birini tutur. Bu ilin avqust-sentyabr aylarında Livandan muzdluların Ermənistana gətirilməsində iş adamı Samvel Karapetyan və “Taşir” “xeyriyyə fondu da iştirak edib. Muzdluların Ermənistana gətirilməsi üçün çarter reysləri də onlar və Ermənistan hökuməti tərəfindən təşkil edilib.

İpmedia.info

0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.