Dünyaca məşhur bloger Azərbaycana gəlir – FOTO

Dünyaca məşhur bloger Azərbaycana gəlir – FOTO

Read Time:36 Second

 236 

Tanınmış türkiyəli videobloger Ruhi Çenet Azərbaycana gəlir.

İpmedia.info xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov özünün facebook səhifəsində məkumat verib:

“Bir çoxlarınız @ruhicenet Azərbaycana gəlməsi üçün müraciət edirdiniz. Ruhi bəy bu gün gəlir. Azərbaycana dəstək olan hər kəs Vətənimizə xoş gəlir! Əminəm ki, Ruhi bəy öz geniş auditoriyasına Azərbaycan həqiqətlərini çatdıracaq!”

Qeyd edək ki, Ruhi Çenet 5 milyon izləyicisi olan youtube kanalında və 800 milyonluq instaqram səhifəsində Türkiyə və dünya gündəmini maraqlandıran mövzularla çıxış edən sosial media fenomenidir.

O, ötən il İrəvana bir həftəlik səfər etməklə orada ermənilər arasında Xocalı soyqırımı barədə sorğu keçirməsi ilə də maraq doğurmuş, mənfur düşmənlərimizin Türkiyə və Azərbaycan xalqına qarşı hədsiz kin-kidurət, nifrət bəsləmələrini göstərmişdir.

1+
$OU-BİZNES